• Oqtay Güləliyev
    Oqtay Güləliyev

Azərbaycan Respublikasında insan haqları müdafiəçisi deyib: Azərbaycan hökuməti insan haqları sahəsində inkişafı iddia etməsinə rəğmən, hələ də öz həbsxanalarında orta əsrə aid işgəncə metodlarından istifadə edir.

Turan İnformasiya Agentliyinin məlumatına görə, Oqtay Güləliyev bir məqalədə yazıb: Bir müddət öncə son vaxtlar həbsxanadan azad olan şəxsin yaxınlarından biri əsrlər öncəyə aid olan çox qəribə metodlarla məhbusların işgəncə olunmasından danışdı və dedi: Aclıq və susuzluq Azərbaycan təcridxanalarında ən çox isitfadə olunan işgəncə metodlarından hesab olunur. 

Məqalə müəllifinin bildirdiyinə görə, illərdir ki, Azərbaycanda məhbuslar səbəbsiz yerə işgəncə olunurlar. 

26 noyabr 2015-ci ildə Bakı polisi çevik alayının Nardaranda keçirdiyi əməliyyatda 60 nəfər, o cümlədən Müsəlman Birliyi Hərəkatının başçısı Tale Bağırzadə həbs olunub. 

Bağırzadə qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah saxlamaq kimi əsassız ittihamlarla mühakimə olunub və 20 il azadlıqdan məhrum edilib. 

Bir müddət öncə də Azərbaycan İslam Partiyasının sədri Möhsün Səmədov Qobustan qapalı Cəzaçəkmə Müəssisəsinə nəql olunmuşdu. 

Möhsün Səmədov 2011-ci ildə Azərbaycan məktəblərində qızların hicabına qadağa qoyulmasına qarşı etirazlı çıxışının ardınca saxlanıldı və Azərbaycan hökumətini devirməyə cəhd ittihamı ilə 12 il azadlıqdan məhrum edildi. 

Aug 12, 2017 13:19 Asia/Baku
Şərhlər