• Azərbaycan müdafiə naziri Rusiya ilə hərbi əməkdaşlıqları vurğulayıb

Azərbaycan Respublikasının müdafiə naziri Bakı ilə Rusiya arasında hərbi əməkdaşlıqların genişləndirilməsinə təkid edib.

Virtual.az portalının verdiyi məlumata görə, Azərbaycan müdafiə naziri Zakir Həsənov Moskvada müxbirlərə verdiyi açıqlamada rəsmi Bakının Moskva ilə hərbi əməkdaşlıqların genişləndirilməsində maraqlı olduğunu deyib. 

Zakir Həsənov deyib:Rusiyanın istehsalı olan silahların çoxu Azərbaycan Respublikası ordusuna verilib. 

Azərbaycanın müdafiə naziri bu barədə deyib: Azərbaycanla Rusiya arasında müştərək hərbi əməkdaşlıqlar bir çox cəhətlərdə o sıradan hərbi təlimlər, texniki mühəndislik xidmətləri sahələrində davam etməkdədir və bu istiqamətdə çoxlu sayda azərbaycanlı zabit Rusiyanın hərbi akademiyalarında hərbi təhsillə məşğuldurlar.  

Aug 13, 2017 18:57 Asia/Baku
Şərhlər