• Ruhaninin Astanada Azərbaycan R. prezidenti ilə görüşü
    Ruhaninin Astanada Azərbaycan R. prezidenti ilə görüşü

İran İslam Respublikasının prezidenti Qazaxıstanın paytaxtı Astanada keçirilən İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə zirvə görüşündə Azərbaycan R. prezidenti ilə görüşüb.

İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə zirvə toplantısında iştirak etmək üçün Astanaya səfər etmiş İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə görüşdə onunla tərəfləri maraqlandıran məsələlər, eləcə də qarşılıqlı əlaqələr, regional və beynəlxalq hadisələr barədə danışıb.

Ruhani şənbə günü gecə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşərək, onunla ikitərəfli məsələləri və  iqtisadi əlaqələrin genişləndirilməsi məsələsini müzakirə edib. O, Myanma müsəlmanları əleyhinə işlənən cinayətlər qarşısında vahid bir mövqeyə ehtiyac olduğunu vurğulayıb.

İslam Əməkdaşlıq Təşkilatı(İƏT)-in elm və texnologiya sahəsində iki gün davam edəcək sammiti 24 İslam ölkəsinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bu gün, bazar günü Qazaxıstanın paytaxtı Astanada başlayacaq. 

Sep 10, 2017 10:15 Asia/Baku
Şərhlər