• Bakıda Sənaye Sərgisi işə başlayır; 20 İran şirkəti sərgiyə qatılıb
    Bakıda Sənaye Sərgisi işə başlayır; 20 İran şirkəti sərgiyə qatılıb

Sabah Bakıda işə başlayacaq Beynəlxalq Sənaye Sərgisində İrandan 20 şirkət iştirak edəcək.

İRİB-nin verdiyi məlumata görə, sərginin təşkilatçısı və İTF Qrup şirkətinin başçısı Həsən Mürtəca deyib: 3 gün davam edəcək bu sərgidə 15 ölkə o cümlədən İran İslam Respublikası iştirak edəcək. Sərgi sabah Bakıda işə başlayacaq. 

O həmçinin deyib: Sərgi 2000 kvadrat metrlik bir ərazidə keçiriləcək və ümumilikdə 52 pavilyonu olacaq. Bu sərgidə iştirak edəcək 15 ölkənin sənaye, neft qaz sənayesi, tikinti sektoru, avtomobilqayırma sənayesi, kənd təsərrüfatı sənayesi, yarım ağır sənaye və tibb texnologiyaları sənayesi məhsulları nümayiş etdiriləcək. 

Sep 12, 2017 14:01 Asia/Baku
Şərhlər