• Azərbaycan Təhsil Nazirliyi BİU məzunlarının diplomlarını təsdiqləmir
    Azərbaycan Təhsil Nazirliyi BİU məzunlarının diplomlarını təsdiqləmir

Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı İslam Universitetinin BİU məzunlarının diplomlarını təsdiqləməkdən çəkinir.

Aran Newsun Olaylara istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikasında ölkədən kənarda elmi müəssisələrdə təhsil alan ruhanilərin fəaliyyəti qadağan olunmuşdur. Belə bir halda Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı İslam Universiteti məzunlarının diplomlarını təsdiqləməkdən çəkinir.

Məlumata görə, 1989-cu ildə təsis olunan Bakı İslam Universitetinin 3500 məzunu indiyə qədər öz diplomlarını Azərbaycan Təhsil Nazirliyində təsdiqlədə bilməmişdir və Bakı İslam Universitetinin məzunları yüksək elmi dərəcələrdə təhsili davam etdirə bilmirlər.

Bakı İslam Universitetinin məzunları problemlərin söylənilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşmək istəyiblər. Lakin onlara görüş icazəsi verilməyib.

Oct 11, 2017 14:20 Asia/Baku
Şərhlər