• Azərbaycanda Gülən tərəfdarı olan iqtisadi fəal həbs olunub
    Azərbaycanda Gülən tərəfdarı olan iqtisadi fəal həbs olunub

Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərindən birinin rəhbəri Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə saxlanılıb.

Yeni Çağ internet portalının məlumatına görə, Türkiyənin Yıldız Elektrik Şirkətinin rəhbəri Faruk Yıldız Bakıya daxil olarkən saxlanılıb və sonra Ankara Terrorizmlə Mübarizə Polis İdarəsinə təhvil verilib.

2015-ci il 15 iyulda Türkiyədə uğursuz dövlət çevrilişindən sonra rəsmi Ankara Azərbaycanda çoxlu sayda türk iqtisadi fəalı Gülən tərəfdarlarından olmaq ittihamı ilə axtarışa verib.

Türkiyə hökuməti bu çevrilişin səbəbkarını Gülən hesab edir. Lakin Gülən də həmişə bu ittihamı rədd edib.

Oct 11, 2017 19:50 Asia/Baku
Şərhlər