• Astara-Astara dəmir yolu layihəsinin yekunlaşdırılmasına təkid edilib
    Astara-Astara dəmir yolu layihəsinin yekunlaşdırılmasına təkid edilib

İran İslam Respublikası dəmir yolu şirkətinin icraçı direktoru deyib: Şimal-Cənub dəhlizinin fəallaşması və Astaranın İranın dəmir yolu şəbəkəsinə və Fars körfəzinə qovuşması İran dövləti üçün prioritet təşkil edir.

İSNA-nın verdiyi məlumata görə, Səid Məhəmmədzadə Astara-Astara dəmir yolunun tikinti işlərinə baxış keçirərkən Astarada Azərbaycanlı həmkarı Cavid Qurbanovla görüşdən sonra müxbirlərə deyib: Azərbaycan Respublikası Astara-Astara dəmir yolu layihəsinə və İran ərazisində dəmir yolu stansiyasının inşasına 60 milyon avroluq investisiya qoyub. 

İranın dəmir yolu şirkətinin icraçı müdiri deyib: Şimal-Cənub dəhlizi İranın cənubundakı dəmir yolu şəbəkəsini Astara sərhəddinə və Azərbaycan Respublikası, Gürcüstan, Ukrayna və Polşaya qovuşdurur və cənub şərq Asiya, MDB və Avropa ölkələri arasında mal tranziti sahəsəndə önəmli rola malikdir. 

Azərbaycan Respublikası dəmir yolu şirkətinin rəhbəri Cavid Qurbanov da deyib: Astara-Astara dəmir yolu hər iki ölkə rəhbərlərinin diqqət mərkəzindədir. 

Qurbanov ölkəsinin Rəşt-Astara dəmir yolu layihəsində investisiya qoymağa maraqlı olduğunu bildirərək deyib: Bu layihə üçün 1 milyard dollar vəsayit lazımdır və Azərbaycan dövləti bu layihəyə 500 milyon dollar ayırmağı araşdırır. 

Azərbaycanlı rəsmi Astara-Astara dəmir yolunun inşasında ən əsas məqsədin Fars körfəzini Qara dənizə qovuşdurmaqdan ibarət olduğunu deyib. 

İran və Azərbaycan dəmir yolu şirkətlərinin prezidentləri Astaraya səfərdə Astara-Astara dəmiryolunun körpüsünə də baxış keçiriblər.

Oct 12, 2017 11:51 Asia/Baku
Şərhlər