• Soçidə Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilib
    Soçidə Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilib

Rusiyanın Soçi şəhərində Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilib.

Rusiya, Belarus, Qazaxıstan, Ermənistan prezidentlərinin və Qırğızıstan baş nazirinin iştirakı ilə keçirilən iclasda qurumun hazırki fəaliyyəti, gələcək planları barədə fikir mübadiləsi aparılıb.

 

İttifaqa üzv ölkələrin dövlət başçıları məhdud və geniş tərkibdə görüş keçiriblər.  Geniş tərkibdə görüşdə çıxış edən Rusiya prezidenti Vladimir Putin Avrasiya İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin həcminin bu ilin əvvəlindən 30 faiz artdığını söyləyib: "Bu artım İttifaq ölkələri arasında azad ticarət zonasının yaradılması hesabına olub".

2018-ci il üçün MDB-yə sədrlik Tacikistana keçib

 

Türkmənistan və Rusiya isə MDB-nin həmsədr ölkələri olub.

 

 

Oct 12, 2017 18:10 Asia/Baku
Şərhlər