Nov 27, 2017 17:21 Asia/Baku
  • Ərdəbildə Nardaran şəhidlərinin anım mərasimi
    Ərdəbildə Nardaran şəhidlərinin anım mərasimi

Ərdəbilin vilayətmehvərli əhalisinin müxtəlif təbəqələrinin əzəmətli iştirakı ilə bu şəhərdəki Seyid Sədrəddin imamzadəsində Bakının Nardaran qəsəbəsinin məzlum möminlərinin şəhid edilmələrinin ikinci ildönümü mərasimi keçirilib.

Bu mərasimdə mərasimin əsas natiqi olan hövzə və universitet müəllimi,  höccətülislam Nəzəri öz çıxışında deyib: İslama, Qurana və şiələrə hücum, Qərb sivilizasiyasının İslama və İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı təfəkkürünün nəticəsidir. Bu istiqamətdə İrandan sonra ən böyük şiə ölkəsi olan Azərbaycan Respublikasında şiələrə divan tutmaq üzrə planlar həyata keçirildi.

Təbriz universitetlərinin müəllimi bildirib ki, İraq deyil, məhz Azərbaycan Respublikası İrandan sonra dünyada ikinci şiə ölkəsidir. O, belə qeyd edib: İmam Hüseyn(ə) bayrağını yığışdırmaq, o həzrətin əzadarları və matəm saxlayanlarını puç ittihamlarla həbs etmək, yaxud pozğun və əxlaqsız Avroviziya musiqi yarışmasını, eləcə də hətta Türkiyənin belə qəbul etməkdən imtina etdiyi homoseksualların paradını rəqğbətlə qarşılamaq deyil, məhz Quranı qorumaq, həmçinin İslam Peyğəmbəri(s.ə.s)-i və Əhli-Beyt(ə)-ı müdafiə etmək, əhalisinin 85 faizini şiələr təşkil edən bir ölkənin hökumətinin vəzifəsi və borcudur.

Höccətüulislam Nəzəri sonra belə qeyd edib: Hörmət əlaməti olaraq, öz təqlid mərcəyininn əlini öpən kəs muzdur deyil. Təhdid etmək və qorxutmaqla şiələr həbs edilib, məhbəsə atılmamalıdırlar və ya öz şəhid atasının şəklini virtual mühitdə yaydığına görə, şəhid övladı həbs edilməməlidirlər. Görən, bir şəhid övladının öz atasının şəklini yaymaq haqqı yoxdurmu? Görən, Həzrət Əbulfəzlin adını öz övladına qoymaq cinayətdirmi? Görən, İmam Hüseyn(ə)-ın əzadarına narkotik maddələr daşımaq kimi puç ittihamlar vurmaq və ya onu terrorçu adlandırmaq islami bir ölkənin hökumətinə yaraşarmı?

O, əlavə edib: Azərbaycan Respublikasının məsul şəxsləri nəzərdə saxlamalıdırlar ki, bu kimi puç hərəkətlərlə ədalətsevərlilik səsini boğmaq olmaz, zira bu il Samirra şəhərində öz gözlərimlə gördüm ki, Azərbaycan Respublikası xalqı bir belə təhlükəsizlik və həyat təhdidlərinə rəğmən, necə bu şəhərə gəlib, Hüseyni şüarlar verirdi, həmçinin əlində Azərbaycan Respublikası bayrağı və İmam Hüseyn(ə) bayrağını tutaraq, özünün Əhli-Beyt(ə)-a olan böyük şövqünü büruzə verir və Əhli-Beyt(ə)-a olan sevgisini göstərirdi.

Höccətüulislam Nəzəri sonra söyləyib: Görən, İmam Hüseyn(ə)-a olan bu böyük şövqü görməməzliyə vurmaq, onları məhbəsə atmaq və ya yoxa çıxarmaq olarmı? Xeyr, səhv etməyin, onların əllərində Quran var və dillərindən "Ya, Hüseyn, Ya Hüseyn!" söylənir.

Onlar bu hərəkətlərlə İmam Hüseyn(ə) köməkçilərini aradan götürə bilməzlər, zira Quran və İslamın çırağı heç vaxt sönməyəcəkdir.

Höccətüulislam Nəzəri Azərbaycan Respublikasında islami kitabların satışı və oxunması, həmçinin "Ya, Hüseyn, Ya Hüseyn!" deyilməsinin qadağan edilməsi, bunun qarşılığında isə dəmir günbəz yerləşdirmək üçün sionist rejimin birinci dərəcəli məsul şəxslərinin Azərbaycan Respublikasına dəvət edilmələrindən təəssüf ifadə edərək, əlavə edib: Görən, görmədiniz ki, Seyid Həsən Nəsrullah necə Hizbullah raketlərilə sionist rejimin dəmir günbəzini məhv və sionistlərin puç heybətini darmadağın etdi .

Höccətüulislam Nəzəri daha sonra bildirib: Hələ Qarabağ şəhidlərinin dərdi və xatirəsi xalqın ürəyində qalıb və yaşayır. O, Azərbaycan Respublikasının rəsmilərindən soruşub: Görən, ruhaniyyət ilə mübarizə etmək istəyirsinizmi? Heç olmazsa, əcdadlarınızdan ibrət alın ki, aqibətləri məhv olmaqla nəticələndi.

Hövzə və universitet müəllimi söyləyib: Azərbaycan Respublikasında dindarlara qarşı göstərilmiş təzyiqlər sionist rejimin istiqamətləndirmələri və planları ilə həyata keçirilir və bu uşaqöldürən rejim Azərbaycan Respublikasını da pozğunluğa çəkmək, eləcə də bu ölkədə İslam və şiə bayrağını aşağı endirmək istəyir. 

Bu mərasimin sonunda Kərbəlayi Qadir Sainin mədhiyyəçiliklə mərasim iştirakçıları əzadarlıq ediblər.

Teqlər

Şərhlər