Nov 27, 2017 18:16 Asia/Baku
  • Azərbaycan Respublikasının şiə xalqının səsinə səs veririk
    Azərbaycan Respublikasının şiə xalqının səsinə səs veririk

Təbrizli bir din xadimi Azərbaycan Respublikasında şiələrə divan tutulmasından təəssüf ifadə edərək, deyib: Bu buraya toplaşmışıq ki, Azərbaycan Respublikasının şiə xalqının səsinə səs verək.

Təbrizin İmam Sadiq(ə) məscidinin imam camaatı höccətulislam Qəffarzadə İmam Həsən Əsgəri(ə)-ın şəhadəti gecəsində Bakının Nardaran qəsəbəsinin məzlum möminlərinin şəhid edilmələrinin ikinci ildönümü mərasimində deyib: Təəssüflə, Azərbaycan Respublikasının istiqlaliyyət əldə etməsindən sonra bu ölkədə islamçılara və şiələrə qarşı təzyiqlər və siyasi repressiyalar günbəgün artıbdır.  

Azərbaycan Respublikası iqtidarının din əleyhinə hərəkətlərindən təəsüf ifadə edən  höccətulislam Qəffarzadə bildiribdir ki, bu ölkədə homoseksualların paradına icazə verilir. Belə bir halda, müsəlman qadınların hicabı qadağan edilir. 

Azərbaycan Respublikası xalqının islami köklərinə işarə edən bu ruhani həmçinin ABŞ-ın və sionist rejimin siyasətlərinin müsəlman Azərbaycan Respublikasında yürüdülməsini tənqid edərək, bu gedişatı onun islami kökləri ilə təzadlı adlandırıb.

Höccətulislam Qəffarzadə çıxışının digər bir hissəsində məscidlərin uçurulması və camaat namazının qılınmasının qadağan edilməsi daxil olmaqla Bakı iqtidarının anti-din hərəkətlərindən bəzilərini xatırladıb və 2015-cı ildə törədilmiş qanlı Nardaran hadisəsini dilə gətirərək, deyib: Sonda iş o yerə gəlib çatdı ki, Azərbaycan Respublikasının polis və xüsusi təhlükəsizlik qüvvələri fərqli geyimlər və bələdiyyə avtomobillərinin çətiri altında günorta namazından sonra Nardran qəsəbəsində yerləşən hüseyniyyənin içərisində Əba Əbdillah Əl-Hüseyn(ə) əzadarlarına və namazqılanlara basqın və onlardan dörd nəfərini şəhid etdilər. Onlar həmçinin dindarların bir çoxunu, o cümlədən Müsəlman Birliyi Hərəkatının rəhbəri Hacı Taleh Bağırovu da həbs etdilər.

Höccətulislam Qəffarzadə həmçinin Azərbaycan Respublikasında şiələrə divan tutulmasından olduqca təəssüflənərək, vurğulayıbdır ki, bütün İran xalqı hərəm müdafiəçisidir və böyük vilayət məqamının fərmanına əməl edir.

Təbrizin İmam Sadiq(ə) məscidinin imam camaatı çıxışının sonunda islami təlimlərə sadiq qaldığına görə, Azərbaycan Respublikasının xalqına təşəkkür edərək, Təbriz əhalisinin tam şəkildə onu himayə etdiyini bildirib və belə vurğulayıb:  Biz buraya toplaşmışıq ki, Azərbaycan Respublikasının şiə xalqının səsinə səs verək. 

Teqlər

Şərhlər