Dec 05, 2017 17:43 Asia/Baku
  • Azərbaycanın Əfqanıstandakı hərbçilərinin sayı artırılır
    Azərbaycanın Əfqanıstandakı hərbçilərinin sayı artırılır

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu ölkənin Əfqanıstanda yerləşdirdiyi hərbçilərin sayının artırılması üçün ilkin tədbirlərin həyata keçirilməsindən xəbər verib.

İRNA Trendə istinadən bildirib ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün ölkə prezidenti İlham Əliyevin fərmanı əsasında Əfqanıstandakı azərbaycanlı hərbçilərin sayının artırılmasına təşəbbüs göstərəcək. 

Azərbaycan MN həmçinin bildirib ki, bu siyasi qərarın icrası üçün, müvafiz rəsmi qurumlar eləcə də NATO baş qərargahı ilə lazımı koordinasiyalar həyata keçirilib və 2018-ci ilin ilk rübündə Azərbaycan Respublikasının Əfqanıstandakı hərbçilərinin sayının artırılması planlaşdırılıb. 

Azərbaycan Respublikası hərbçilərinin sülhü mühafizə missiyası NATO çərçivəsində 2002-ci ildən bəri Əfqanıstanda fəaliyyət göstərir. Hal-hazırda Əfqanıstanda 92 azərbaycanlı hərbçi var. 

Teqlər

Şərhlər