• Xələf Xələfov: Əcbəni dövlətlər Xəzər dənizində heç bir haqq malik deyillər
    Xələf Xələfov: Əcbəni dövlətlər Xəzər dənizində heç bir haqq malik deyillər

Azərbaycan xarici işlər nazirinin müavini deyib: Sadəcə Xəzər dənizinin ətrafında yerləşən 5 ölkə bu su hövzəsi ilə bağlı fikir bildirmək haqqına malikdir və digər ölkələr bu xüsusda hansısa haqqa malik deyillər.

Xələf Xələfov çərşənbə axşamı Xəzər ətrafı ölkələrin xarici işlər nazirlərinin Moskva iclasının nəticələri barədə deyib: 21 il öncə müzakirələrin başlandığı zamandan bəri, bu müzakirələr daim irəliyə doğru olub və Xəzəryanı 5 ölkənin xarici işlər nazirlərinin son Moskva iclası da müsbət nəticə ilə başa çatdı. Və Xəzərin hüquqi statusu ilə bağlı konvensiya bu iclasda y ekunlaşdırıldı. 

Azərbaycan xarici işlər nazirinin müavini həmçinin deyib: Növbəti mərhələdə, Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın mətni 5 sahilyanı ölkənin əlaqədar orqanları tərəfindən daxili prosedur qaydalardan keçməli və sonda ölkə başçıları tərəfindən təsdiq edilməlidir. 

Xələf Xələfovun dediyinə görə, Azərbaycan heyətinin müzakirələrdəki mövqeyi milli maraqlara - beynəlxalq hüquq əsasında Azərbaycanın qonşu ölkələr ilə əlaqələrinin möhkəmləndirilməsinə əsaslanıb. 

Dec 07, 2017 11:07 Asia/Baku
Şərhlər