Dec 18, 2017 19:10 Asia/Baku
  • Hakimiyyətin insanlıqdan uzaq addımı
    Hakimiyyətin insanlıqdan uzaq addımı

Azərbaycan İslam Partiyasının baş qərargahında partiya rəhbərliyi və funksionerlərinin iştirakı ilə iclas keçirilib.

AİP-in sədr əvəzi Hacı İlham Əliyev Nardaran hadisələri zamanı həbs edilmiş inanclı kəsimin nümayəndələrinə dövlət ittihamçısı tərəfindən ağır cəzaların istənilməsini kəskin tənqid etdi və bildirdi ki, islami cameəyə və onun nümayəndələrinə qarşı bu cür repressiv addımların atılması yolverilməzdir.


Hacı İlham Əliyev onu da qeyd etdi ki; “Çox rahat bir ifadə ilə günahsız insanlara "uf!" belə demədən, 13-16 il həbs cəzası vermək və gəncləri 16 il müddətinə həbsxanaya göndərmək nə deməkdir? Baş verənlərin hamısı bir qayda-qanun və məntiqə sığmayan hərəkətlərdir.”


Çıxışının sonunda Hacı İlham Əliyev islamçılara qarşı bu cür repressiv mövqe tutanları addım atarkən ağıl və iman yoluna dəvət etdi: “Biz onları yenə dəvət edirik. Dəvət edirik ki, bu cür hökmləri verərkən ağılla və imanla hərəkət etsinlər. İmanları yoxdursa, heç olmasa, ağılla davam etsinlər. Sağlam düşüncə ilə bu qərarları versinlər. Özlərini, məhkum etdiklərinin yerinə qoysalar, ən azından bu cür düşüncə ilə nə qədər günahsız insanlara qarşı yönəlik cinayətlərin qarşısını almış olarlar. “

 

Teqlər

Şərhlər