• Azərbaycan Əfqanıstandakı hərbçilərinin sayını artırıb
    Azərbaycan Əfqanıstandakı hərbçilərinin sayını artırıb

Azərbaycanın Müdafiə Nazirliyi bu ölkənin Əfqanıstandakı hərbçilərinin sayını artırmasından xəbər verib.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Azərbaycanın Müdafiə Nazirliyi dünən bildirib ki, Əfqanıstana daha 70 hərbçi göndərib. Bu  hərbçilər NATO qüvvələri çərçivəsində Əfqanıstana göndərilib.

Bununla da Azərbaycanın Əfqanıstandakı hərbçilərinin sayı 120 nəfərə çatıb. Bu  hərbçilər arasında 2 zabit və 2 həkim də var.

Azərbaycan hərbçiləri 2002-ci ildən bəri Əfqanıstanda NATO qüvvələri çərçivəsində iştiraka malikdirlər.

Hazırda Əfqanıstanda 15 min Amerika hərbçisi var. ABŞ terrorizm ilə mübarizə adı altında öz hərbçilərini Əfqanıstana göndərib. ABŞ hərbçiləri ilə yanaşı Əfqanıstanda digər ölkələrdən gəlmiş 3000 xarici hərbçi də var.

Teqlər

Jan 10, 2018 13:00 Asia/Baku
Şərhlər