• Bakıda 6-cı fars dili və ədəbiyyatı olimpiadası keçiriləcək

İranın Azərbaycandakı mədəniyyət attaşesi tezliklə Bakıda 6-cı fars dili və ədəbiyyatı olimpiadasının keçiriləcəyini bildirib.

İRNA-nın məlumatına görə, İranın Azərbaycandakı mədəniyyət attaşesi Əsğər Farsi Bakıda keçiriləcək 6-cı fars dili və ədəbiyyatı olimpiadasının koordinasiya şurasının ilk iclasında çıxış edərək, olimpiada üçün lazımi ahəngdarlığın yaradılması və müəyyən çərçivənin təyin edilməsini zəruri adlandırıb.

Bakı Dövlət Universitetinin Fars dili və ədəbiyyatı kafedrasının müdiri Mehdi Kazımov da 6-cı fars dili və ədəbiyyatı olimpiadasının keçirilməsindən razılıq edərək, deyib: Bu kimi proqramların həyata keçirilməsi iki ölkənin elmi və mədəni əməkdaşlıqlarının möhkəmləndirilməsində təsirli rola malikdir.

Bu məlumata görə, 6-cı fars dili və ədəbiyyatı olimpiadası Bakı Dövlət Universitetinin əməkdaşlığı ilə fars dili və ədəbiyyatı olimpiadasının standartlarına uyğun formada keçiriləcək.

Hazırda Bakı Dövlət Universitetində bakalavr, magistr və fəlsəfə doktoru dərəcələri üzrə 120 tələbə fars dili və ədəbiyyatı fakultəsində təhsil almaqla məşğuldur.

Jan 10, 2018 19:04 Asia/Baku
Şərhlər