• Naxçıvan-Məşhəd sürətli qatar fəaliyyətə başladı
    Naxçıvan-Məşhəd sürətli qatar fəaliyyətə başladı

Naxçıvan Muxtar Respublikası-Məşhəd və əks istiqamətdə sürətli qatar yenidən fəaliyyətə başlayıb.

Bu sərnişin qatarı fəaliyyəti bir müddət durdurulduqdan sonra, 11 yanvar, cümə axşaı günü Bakı vaxtı ilə səhər saat 7:00-da yola düşüb və sabah Tehran vaxtı ilə 14:25 dəqiqədə Məşhədə çatacaq.

Məlumata görə, bu qatar Tehran vaxtı ilə sabah saat 22:00-da Məşhəddən Naxçıvana doğru yola düşəcək və bazar günü saat 18:00-da Naxçıvana çatacaq.

Sərnişin qatarının fəaliyyətində bir neçə aylıq təxirin yaranmasının səbəbi bu istiqamətdə texniki baxımdan təhlükəsizlik səviyyəsinin yüksəldilməsi göstərilib.

Naxçıvan-Məşhəd sərnişin qatarı İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanan anlaşmaya əsasən ötən il 30 dekabrda istifadəyə verilib. Qatarın fəaliyyətində texniki səbəblərə görə, bir neçə aylıq təxir yaranmışdı.

Teqlər

Jan 11, 2018 14:00 Asia/Baku
Şərhlər