• Bakıda Fatemi qadınları iclası keçirilib
    Bakıda Fatemi qadınları iclası keçirilib

Bakıda Fatimiyyə Günləri münasibəti ilə "Fatemi Qadınları" adlı mərasim keçirilib.

İRİB-nin verdiyi məlumata görə "Nərgiz" qadınlar cəmiyyətinin təşəbbüsü ilə keçirilən bu mərasimdə Əhl Beyt(ə) məktəbinin aşiqi olan qadınlar iştirak edib. Mərasim mənəvi atmosferdə keçirilib. Mərasimdə çıxış edənlər xanım Fatimənin(s.ə) şəxsiyyəti ilə bağlı öz düşüncələrini paylaşıb və o həzrətin yolunun davam etdirilməsinə təkid edilib.

Bu mərasim Əhl Beyt(ə) məddahlarının və müxtəlif mədəni proqramların icrası ilə yanaşı olub. Həmçinin, Xanım Fatimənin(s.ə) vəsfində şerlər oxunub.

 

Teqlər

Feb 12, 2018 20:04 Asia/Baku
Şərhlər