• Bakıda Milli Şura mitinq keçirib
    Bakıda Milli Şura mitinq keçirib

Azərbaycan Respublikası dövlətinin müxaliflərindən ibarət Milli Şuranın tərəfdarları bu gün günortadan sonra mitinq keçirərək hökumətin siyasətlərinə qarşı öz etirazını bildirib.

İRİB-in verdiyi məlumata görə, Bakı meriyasının icazəsi ilə Bakıda Məhsul Stadionunda reallaşan mitinqdə iştirakçılar azadlıq, istefa, bu vətən bizimdir, bizim olacaq, Azərbaycan, təhsilimiz xəstədi, səhiyyə can üstədi, vətəndaşa söz verir, erməniyə qaz verir kimi şüarlar səsləndirərək hökumətin müxtəlif sahələrdəki siyasətlərinə öz etirazını bildirib və siyasi və dini məhbusların azadlığa buraxılmasını istəyiblər. Mitin iştirakçılarının əllərində siyasi və dini məhbusların o sıradan İslam Partiyasının həbsdə olan rəhbəri Möhsün Səmədovun, Müsəlman Birliyi hərəkatının həbsdə olan lideri Tale Bağırzadənin və digər məhbusların foto şəkillərini daşıyıblar. İqtisadi vəziyyətin yaxşılaşdırılması və azadlıq tələblərini əks etdirən plakatlar da müşahidə olunub. Mitinq rəhbərləri arasında İslam Partiyasının mənsubları və tanınmış dindarlar müşahidə olunmayıb və sadəcə AİP ilə əlaqədə olan ziyalılar hərəkatının sədri Eldəniz Quliyev mitinq rəhbərləri sırasında iştirak edərək mitinqdə çıxış da edib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli isə mitinqdə etdiyi çıxışında ədalətsizliyi, korrupsiyanı, xalqın yoxsul vəziyyətdə yaşamasını və 150 siyasi-dini məhbusun saxlanlmasını təqid edib və İlham Əliyevin növbəti prezident seçkilərində namizəd kimi iştirakına öz etirazını bildirərək deyib: 15 ildir ki prezidentsiniz, indi başqa 7 il üçün də prezident olmaq istəyirsiniz? 

Milli Şuranın sədri Cəmil Həsənli də mitinqdə etdiyi çıxışında ölkənin idarə edilməsini qınayaraq seçkiləri baykot etməyə çağırıb. Müsavat Partiyasının sədr müavini Səxavət Sultanlı isə etdiyi çıxışında prezident seçkilərinin dayandırılmasını istəyib və prezidentlik dövrünün uzaldılması və ölkədəki digər problemləri qınayıb. 

Milli Şura bu mitinqin keçirilməsi üçün Bakı meriyasından icazə almışdı. Bu günkü mitinq Azərbaycan Respublikasında növbəti prezident seçkiləri ərəfəsində keçirilib. 

Teqlər

Mar 10, 2018 19:09 Asia/Baku
Şərhlər