• Azərbaycanın Tehrandakı səfiri: İran tranzit yolu başqa yollardan daha iqtisadidir

Azərbaycan Respublikasının İrandakı səfiri deyib: İranın tranzit yolu zaman başqa yollarla müqayisədə zaman baxımından 60% qısa, qiymət baxımından isə 40% ucuzdur.

Bünyad Hüseynov İRNA ilə müsahibədə son illərdə Tehran-Bakı arasında əməkdaşlıqların inkişaf etdiyini bildirib və əlavə edib: Ötən 25 ildə İran və Azərbaycan arasında 170-dən çox sənəd imzalanıb. Bu sənədin 50-si iqtisadiyyat sahəsindədir. 

Azərbaycanın İrandakı səfiri iki ölkənin tranzit sektorundakı əməkdaşlıqlarına toxunaraq deyib: İki ölkə prezidentlərinin razılaşmasına əsasən Azərbaycanın dəmiryolu İran ərazisinə daxil olub və Azərbaycan Respublikası Rəşt-Astara dəmiryolunun çəkilməsi üçün 500 milyon dollar vəsait ayırıb. 

Bünyad Hüseynov xatırladıb: İran və Azərbaycanın dəmir yolları birləşərsə, İranın cənubunda Bəndər Abbasda qatar üzərinə qoyulan hər bir məhsul Avropanın tam şimal nöqtəsi, Rusiyada Moskva və Finlandiyada Helsinkiyə nəql olunacaq. 

Azərbaycan Respublikasının Bakıdan İran Astarasına qədər İran şirkətlərinin əməkdaşlığı ilə magistral yolun çəkəcəyini bəyan edən Bünyad Hüseynov xatırladıb: İki ölkənin tranzit sahəsi və birgə məhsulların istehsalı sahəsindəki əməkdaşlıqları təkcə ikitərəfli deyil, regionaldır. 

Azərbaycan Respublikasının Tehrandakı səfiri həmçinin deyib: 15 martda Bakıda keçirilən İran, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin ilk dördtərəfli iclası əsasən tranzit, ticarət və turizm sektorunda çox əla nailiyyətlər əldə etdi. 

Azərbaycanın Terhandakı səfiri deyib: Enerji sektorunda da gələcəkdə İran, Azərbaycan və Gürcüstan, İran, Azərbaycan və Rusiya üçtərəfli iclasları təşkil olunacaq. 

 

Apr 06, 2018 12:55 Asia/Baku
Şərhlər