• Sabah Azərbaycanda prezident seçkiləri keçiriləcək
    Sabah Azərbaycanda prezident seçkiləri keçiriləcək

Azərbaycan Respublikasında 8-ci prezident seçkiləri sabah bu ölkədə keçiriləcək.

Azərbaycan Respublikası vətəndaşları sabah səsvermədə iştirak edəcək və prezidentliyə namizəd səkkiz nəfərdən birini gələn yeddi il üçün prezident seçəcəklər.

Azərbaycan Respublikasında prezident seçkiləri 17 dekabr 2018-ci ildə keçirilməli idi. Lakin İlham Əliyev bir bəyanatda bildirdi ki, bu seçkilər 11 aprel 2018-ci ildə keçiriləcək.

Hazırkı prezident və hakim partiyanın sədri İlham Əliyev, BAXCP sədri Qüdrət Həsənquliyev, ASDP sədri Araz Əlizadə, MDH partiyası sədri Fərəc Quliyev, Yeni Xalq Cəbhəsi partiyası Razi Nurullayev, Müasir Müsavat partiyası sədri Hafiz Hacıyev, parlament deputatı Zahid Oruc və ADP sədri Sərdar Cəlaloğlu Azərbaycanda prezident seçkilərinin namizədləridir.

Teqlər

Apr 10, 2018 20:01 Asia/Baku
Şərhlər