• Bakı seçkilər barədə avropalı nəzarətçilərin hesabatına reaksiya verib
    Bakı seçkilər barədə avropalı nəzarətçilərin hesabatına reaksiya verib

Azərbaycan Respublikasının xarici işlər nazirliyi avropalı nəzarətçilərin bu ölkənin prezident seçkiləri barədə olan hesabatını ədalətsiz adlandırıb.

Azərbaycan Respublikasının xarici işlər nazirliyi dünən axşam bildirib ki, ATƏT-in çərşənbə günü bu ölkədə keçirilmiş prezident seçkiləri barədəki hesabatı qeyri-düzgün və insafdan uzaqdır.

ATƏT nəzarətçiləri dünən Azərbaycan Respublikasının prezident seçkilərində ciddi qanun pozuntularından və real rəqabətin olmamasından xəbər verib və bildiriblər ki, bu seçkilər plüralizm və azadlığın mövcud olmadığı bir atmosferdə keçirilibdir.

Azərbaycan Respublikasının prezident seçkilərində, seçkilərə yeganə ciddi namizəd olan İlham Əliyev daha bir dövr üçün səslərin 86 faizini əldə edərək, qələbə qazanıbdır.

Teqlər

Apr 13, 2018 09:27 Asia/Baku
Şərhlər