• İƏT-in gənclərin işləri üzrə ekspert iclası keçirilib
    İƏT-in gənclərin işləri üzrə ekspert iclası keçirilib

İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin gənclər və idman nazirlərinin dördüncü iclası ərəfəsində bu ölkələrin baş ekspertlərinin iclası bu gün Bakıda keçirilib. İranın gənclər və idman nazirinin müavini Mohəmməd Məhdi Tondquyan da bu iclasda iştirak edib.

İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin gənclər və idman nazirlərinin dördüncü iclası sabah İran İslam Respublikasının gənclər və idman naziri Məsud Soltanifərin iştirakı ilə Bakıda keçiriləcək.

İclasda İslam Əməkdaşlığı Təşkilatının gənclər sahəsindəki gələcək fəaliyyətlərinin strateji proqramı, eləcə də İslam ölkələri gənclərinin paytaxtı kimi yeni şəhərin seçilməsi məsələsi nəzərdən keçiriləcək.

İranın gənclər və idman nazirinin müavini Mohəmməd Məhdi Tondquyan IRIB müxbiri ilə müsahibədə belə qeyd edib: Ötən il İran və Şiraz şəhəri İslam dünyası gənclərinin paytaxtı kimi təqdim olunmuşdu və biz keçən bir il ərzində gənclər sahəsində mühüm proqramlara malik olmuşuq.

O deyib: İftixar və başıucalıqla bu işin öhdəsindən gəldik və bir il ərzində Şirazda çox yaxşı mərasimlər keçirildi. 

O, əlavə edib: Bu gün bu mərasimdə iştirak edən İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin məsul şəxslərinin təqribən hamısı bir il ərzində İrana səfər edibdir.

O, bildirib ki, Ramullah gələn il üçün gənclərin yeni paytaxtı kimi seçilib və İran İslam Respublikası onu son dərəcə rəğbətlə qarşılayır.

İran İslam Şurası Məclisinin gənclər fraksiyasının sədri Seyid Fərid Musəvi də IRIB müxbirinə belə deyib: Bildiyiniz kimi, İslam ölkələrinin birliyi məsələsi bu gün siyasi və beynəlxalq parametrlərdə əsas rol oynayır və zərurətlərdən biri sayılır.

O, söyləyib: Hazırda İslam ölkələrinin əksəriyyətində gənclərin sayının artmasının şahidiyik və bu vacib məsələ bu gün baş verməkdədir.

Apr 17, 2018 16:36 Asia/Baku
Şərhlər