• İran və Azərbaycan arasındakı gömrük keçid məntəqələri 24 saatlıq iş rejiminə keçir
    İran və Azərbaycan arasındakı gömrük keçid məntəqələri 24 saatlıq iş rejiminə keçir

İranın Beynəlxalq Gömrük Əməkdaşlıqları Ofisinin baş müdiri deyib: İran və Azərbaycan rəsmiləri arasında əldə edilmiş anlaşmaya əsasən iki ölkə arasındakı aktiv gömrük keçid məntəqələri 24 saatlıq iş rejiminə keçir.

İRNA-nın məlumatına görə, İranın Beynəlxalq Gömrük Əməkdaşlıqları Ofisinin baş müdiri Hüseyn Kaxəki cümə günü Ərdəbildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev ilə görüşdükdən sonra deyib: İki ölkənin birgə komissiyalarının qərarlarına əsasən Astara, Cülfa və Biləsuvar gömrük keçid məntəqələri 24 saatlıq iş rejiminə keçəcəklər.

Kaxəki həmçinin deyib: Qonşu ölkələr ilə əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi İran gömrüyünün sərhəd məntəqələrdəki başlıca prioritetidir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev də bu görüşdən sonra iki ölkə arasında birgə dəmir yolu layihəsinin icra edilməsinə habelə, müxtəlif iqtisadi, elmi və sənaye layihələrinin işlənilməsinə işarə edərək, deyib: İki ölkənin gömrük keçid məntəqələrində geniş elektron sistemlərin quraşdırılmasını və iki ölkə gömrükləri arasında elektron informasiya mübadiləsinin təmin edilməsini nəzərə alaraq, gediş-gəlişin xeyli asanlaşdırılması mümkün olub və qaçaqmalçılıq da minimuma endirilib.

Babayev həmçinin İran və Azərbaycan arasındakı ortaqlıqlara işarə edərək, iki ölkə arasında turizm sənayesinin genişləndirilməsini istəyib.

İran İslam Respublikası və Azərbaycan Respublikası 4 müştərək sərhəd keçid nöqtəsinə malikdirlər. Şahtaxtı-Poldəşt, Culfa, Biləsuvar və Astara gömrük keçid məntəqələri iki ölkə arasında iqtisadi əlaqələrin və trizmin inkişiafında mühüm rola malikdir.

May 11, 2018 13:02 Asia/Baku
Şərhlər