• Bakıda beynəlxalq ticarət limanı açılıb
    Bakıda beynəlxalq ticarət limanı açılıb

Dünən Azərbaycan Respublikasının prezidentinin iştirakı ilə Bakı Beynəlxalq limanının açılış mərasimi keçirilib

AzərTac xəbər agentliyinin verdiyi məlumata görə, Mərasimdə çıxış edən İlham Əliyev deyib: Bakı Beynəlxalq Limanının açılışı Azərbaycanın infrastrukturunun inkişaf etdiyini göstərir. 

Bakı Beynəlxalq Limanının inşa əməliyyatına 2010-cu ildən start verilib. Bu liman 117 hektar ərazini əhatə edir. Liman ilk mərhələdə illik 15 milyon ton yük və 50 min kantaynerin daşınmasına qadir olacaq. 

Azərbaycan Respublikası prezidenti sözlərinin başqa bir hissəsində ölkəsinin beynəlxalq şimal-cənub nəqliyyat dəhlizində fəal iştirakını xatırladaraq deyib: Bu layihə ilə əlqədar bütün işlər Azərbaycan ərazilərində həyata keçir. 

İlham Əliyev deyib: Şimal-cənub dəhlizi layihəsi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və şimali Avropa ölkələrini biri-birinə qovuşdurur və regionda çiçəklənməyə səbəb olacaq.

May 15, 2018 09:43 Asia/Baku
Şərhlər