• Azərbaycanda 17 may Ramazanın ilk günü elan olunub
    Azərbaycanda 17 may Ramazanın ilk günü elan olunub

Qafqaz Müsəlmanları İdarəsi 17 mayı bu ölkədə mübarək ramazan ayının ilk günü elan edib.

İRİB-in Bakıdan APA-ya istinadlı məlumatına görə, QMİ-nin bəyanatında deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edəcək və Ay göründüyü andan Ramazani-şərif başlayacaq. Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir.

QMİ hər il ramazanın ilk gününü Şamaxı rəsədxanasının hesabatına istinadla elan edir. 

Azərbaycan Respublikası xalqı müsəlman və 75 faizi şiədir.

May 15, 2018 12:40 Asia/Baku
Şərhlər