• QMİ sədri: Qüds müsəlmanların - Fələstinin paytaxtıdır”
    QMİ sədri: Qüds müsəlmanların - Fələstinin paytaxtıdır”

Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib: “Biz Qafqaz müsəlmanları bəyan edirik ki, Qüds müsəlmanların - Fələstinin paytaxtıdır”.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, Allhşükür Paşazadə bu gün mübarək ramaza ayınin gəlib çatması münasibəti ilə keçirdiyi mətbuat konfrasında deyib: başqa bir dövlətin Qüdsə müdaxiləsi ciddi fəlakətə yol açacaq. Artıq bu baş verir. 59 müsəlman həlak olub, 2 minə yaxını yaralanıb. 

QMİ sədri deyib:  Qüds müsəlmanların doğma və müqəddəs torpağıdır: “Qüdsdə bu gün baş verənlərin səbəbi müsəlman dövlətləri arasında birliyin olmamasıdır. Bəzi dövlətlər də bu birliyin olmamasından məharətlə istifadə edir”.

Şeyxül-islam Allahşükür Paşazadə deyib: 1990-cı ilin yanvarında biz bu təcavüzü yaşamışıq. İndi bu, orda təkrar olunur. Ermənilərin bizə təcavüzü də bunun eynisidir”.

May 15, 2018 16:24 Asia/Baku
Şərhlər