• Azərbaycan R-nın AŞPA-dakı nümayəndəsinin fəaliyyəti dayandırılıb
    Azərbaycan R-nın AŞPA-dakı nümayəndəsinin fəaliyyəti dayandırılıb

Azərbaycan Respublikasının Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Səməd Seyidovun fəaliyyəti Bakının maraqlarının reallaşması üçün bu assambleyanın bəzi üzvlərinə rüşvət vermək ittihamı ilə dayandırılıb.

Seyidov dünən bir mətbuat konfransında Avropa Şurasının Parlament Assambleyasının ona qarşı cəza tətbiq etməsini əsassız və Avropa Şurasının ikili standartlarının nişanəsi adlandırıb.

Avropa Şurasının Parlament Assambleyasının təftiş qrupu son zamanlar bu assambleyanın bəzi üzvlərinin vəziyyətini araşdırarkən belə bir məsələni üzə çıxarıbdır ki, onlar Azərbaycan Respublikasının rəsmilərindən rüşvət alaraq, bu ölkənin maraqları istiqamətində hərəkət ediblər.

Bu qrup Seyidovu və Avropa Şurasının Parlament Assambleyasının bir neçə digər nümayəndəsini rüşvətxorluq və korrupsiya üstündə ittihamlandıraraq, onlara qarşı cəza tədbirləri görübdür.

Avropa Şurasının Parlament Assambleyasının qərarına əsasən, Seyidov iki il müddətinə bu şuranın fəaliyyətlərində iştirak edə bilməz. O, yalnız Avropa Şurasının Parlament Assambleyasının iclaslarında fiziki iştiraka malik ola bilər.

Belə bir halda, Seyidov bu qərara etiraz edərək deyib ki, Avropa Şurasının Parlament Assambleyasının ona qarşı cəza tədbirləri onun Qarabağ münaqişəsi ilə bağlı sözləri və mövqeyinə görə görülübdür.

Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına üzv olub və hazırda Avropa Şurasının Parlament Assambleyasında bu ölkənin altı nəfərlik nümayəndə heyəti var.

May 18, 2018 10:25 Asia/Baku
Şərhlər