May 23, 2018 08:13 Asia/Baku
  • Dövlət büdcəsinə yenidən baxılır
    Dövlət büdcəsinə yenidən baxılır

Azərbaycan Respublikasında 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılır. Büdcə gəlirlərinin artırılması gözlənilir.

 Gəlirlərin artmasını iqtisadçılar əsasən Azərbaycanın əsas satış məhsulu olan neftin dünya bazarında bahalaşması ilə izah edirlər. 

Deputat Fazil Mustafa deyir ki, parlamentdə yeni dövlət büdcəsi layihəsi mayın 31-də müzakirə ediləcək. Amma əlavə edir ki, hələlik Maliyyə Nazirliyi yeni büdcə layihəsini parlamentə təqdim etməyib. Ona görə də artımların hansı sahələrə yönəldiləcəyi hələki bəlli deyil:

 

“Bizim büdcə neftdən asılı olduğundan, neftin qiymətinin dəyişməsi də büdcəyə öz təsirlərini göstərir”.

Azərbaycan Demokratik Rifah Hərəkatının sədri, iqtisadçı-alim Qubad İbadoğlu da artan gəlirlərin təhsil, səhiyyə və digər sosial istiqamətlərə ayrılmasını daha doğru hesab edir. Amma ehtimal edir ki, artan gəlirlər yenə də investisiyaya ayrılacaq:

“İnvestisiya büdcəsi də bilirsiniz ki, ən çox korrupsiyalaşmış büdcədir. Bunun da hesabına korrupsionerlərə daha çox pay verilir. Biz ekspertlər əslində vəsaitin investiyaya yönəldilməsinin əleyhinə deyilik. Sadəcə olaraq, Azərbaycanda dövlət alqı-satqıları şəffaf və hesabatlı deyilsə, layihələr hədsiz şişirdilirsə, sifarişlərin alınması və verilməsi də bir qrupun inhisarındadırsa bu ayrılan vəsaitlər korrupsiyaya uğrayır, real iqtisadiyyatda əksini tapmır”.

2018-ci ilin büdcə gəlirləri 20 milyard, xəcrləri isə hardasa 21 milyard manatdır. 2018-ci ilin dövlət büdcəsində neftin bir bareli 45 dollardan götürülüb. Mayın 22-nə dünya bazarında Azərbaycan neftinin bareli 80 dollaradır. Bununla da 2018-ci ilin dövlət büdcəsində 654 milyon dollar əlavə pul yaranıb.

 

Teqlər

Şərhlər