Jun 04, 2018 11:53 Asia/Baku
  • Azərbaycan Respublikasında qədr gecələri
    Azərbaycan Respublikasında qədr gecələri

Azərbaycan Respublikasının mömin xalqının iştirakı ilə bu ölkə məscidlərində ilk qədr gecəsi mərasimləri keçirilib.

Azərbaycan Respublikasının mömin vətəndaşları ilk gecəsində bu ölkə məscidlərində əhya saxlayıblar və özlərinə eləcə də müsəlman xalqlara Allahdan xeyir diləyiblər. 

Möminlər bu fəzilətli gecədə dualar oxuyaraq, başa Quran tutaraq, bütün maddi bağlılıqlardan uzaq olaraq mənəviyyatla dolu ürəklə ehtiyac əlini Allah-taalanın dərgahına uzadaraq öz ürəklərinə iman nuru bəxş ediblər eyni zamanda İmam Əlinin(ə) zərbətlənməsi gecəsi münasibəti ilə də öz mövlalarını yad ediblər. 

Bu fəzilətli və bərəkətli gecədə natiqlər Qədr gecələrinin fəzilətlərini bəyan edərək möminlərə bu ilahi fəzilətlərdən faydalanmağı tövsiyə ediblər.

Qədr gecəsi mərasimlərində yeniyetmələr və gənclərin iştirakı bu mərasimə xüsusi mənəvi atmosfer bəxş edib.

Teqlər

Şərhlər