• Azərbaycan hökuməti dini qrumlara yardım ayırıb
    Azərbaycan hökuməti dini qrumlara yardım ayırıb

Azərbaycan prezidenti dini qrumlara maliyyə yardımı ilə bağlı fərman imzalayıb.

İRİB-nin verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəsmi saytında yer alan məlumatda deyilir: Bu maliyyə yardımı prezidentin ehtiyat fondundan İslam, Xristian və Yəhudi dini icmalarına yardım olaraq ayrılacaq.

Bu məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Ortodoks kilsəsi üçün 250 min manat və Dağ Yəhudiləri Cəmiyyəti üçün 250 min manat yardım ayrılıb. Həmçinin, Avropa Yəhudiləri icmasına 100 min manat, Katolik kisləsi üçün 100 min manat və Alban-Udin xristiyan cəmiyyəti üçün 100 min manat vəsait ayrılıb.

Jun 12, 2018 19:28 Asia/Baku
Şərhlər