• İran və Azərbaycanın birgə əczaçılıq zavodunun inşası prosesinin sürətləndirilməsi vurğulanıb

İran İslam Respublikasının səhiyyə, müalicə və tibbi təhsil naziri Bakıya səfərinin ilk proqramında azərbaycanlı həmkarı ilə görüşüb və səhiyyə və müalicə əməkdaşlıqlarının inkişaf etdirilməsi haqda danışıqlar aparıb.

İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, İran İslam Respublikası səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavinləri, İranın Azərbaycandakı səfirinin də iştirak etdiyi görüşdə tərəflər səhiyyə, müalicə və tibbi təhsil əməkdaşlıqları haqda fikir mübadiləsi aparıb və öncəki razılaşmalar, o cümlədən Bakıda Pirallahı obyektində birgə əczaçılıq zavodunun inşa prosesinin sürətləndirilməsini vurğulayıblar.

Bu görüşdə həmçinin tərəflər xəstəxana və tibbi xidmətlər üzrə əməkdaşlıqlar haqda fikir mübadiləsi aparıblar. Qərara alınıb ki, ya İran İslam Respublikası Azərbaycan Respublikasında xəstəxana tiksin və müalicə xidmətləri təqdim etsin, ya da İran həkimləri Azərbaycan Respublikasının tibb mərkəzlərində bu sahədə fəaliyyət göstərsinlər.

İki tərəf bu görüşdə səhiyyə və müalicə sahəsində birgə layihələrin məsələləri və problemlərinin araşdırılmasını istəyib. Qərara alınıb ki, layihələrin icrası yolunda əsaslı problem yarandığı halda iki tərəfin rəsmilərindən kömək alınsın və problemin həlli istiqamətində işlər görülsün.

Bu görüşdə həmçinin iki tərəf Azərbaycan Respublikasında İran dərman preparatlarının istifadəsi haqda danışıqlar aparıb və Azərbaycanda İran dərman preparatlarının yaxşı qarşılaşmasına rəğmən, İranın əczaçılıq sahəsində potensialı haqda insanların məlumatlandırılması zəminində addımların atılması vurğulanıb.

Jul 12, 2018 20:35 Asia/Baku
Şərhlər