• Azərbaycan Respublikası əhalisinin sayı açıqlanıb
    Azərbaycan Respublikası əhalisinin sayı açıqlanıb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi xəbər verir ki, 2018-ci ilin yanvar-may aylarında əhalinin sayı 31428 nəfər artıb.

APA- nin məlumatına görə, bununla da 2018-ci il iyun ayının 1-nə əhalinin sayı 9 milyon 929 min 500 nəfərə çatıb.
 
Hesabat dövründə bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub. Əhalinin ümumi sayından 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edirlər. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.
Bu ilin 5 ayı əzrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 55 min 653 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,7 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1048-i əkiz, 39-u üçəm doğulanlardır.
  
Cari ilin yanvar-may aylarında ölkədə 25 min 277 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2 təşkil edib.

Teqlər

Jul 14, 2018 10:12 Asia/Baku
Şərhlər