• ABŞ Dağlıq Qarabağda gərginliyin davam etməsinə çalışır
    ABŞ Dağlıq Qarabağda gərginliyin davam etməsinə çalışır

Rusiyada bir araşdırma müəssisəsinin direktoru deyib: Vaşinqton Moskvaya təzyiq göstərmək üçün Dağlıq Qarabağ münaqişəsini alovlandırmaq ardıncadır.

Fars Xəbər Agentliyinin məlumatına görə, Rusiyada Müasir İqtisadiyyat Araşdırma müəssisəsinin direktoru Nikita İsayev Vestink Qafqaz portalı ilə müsahibədə son həftələrdə Dağlıq Qarabağ haqda Azərbaycan Respublikası və Ermənistan rəsmiləri arasında söz atışmasının güclənməsinə toxunaraq bildirib: Qafqaz regionunda hər hansı gərginlik həmişə ABŞ-ın xeyrinə olmuşdur. 

Rus analitik əlavə edib: ABŞ Dağlıq Qarabağda hər halda hərc-mərclik şəraitini qoruyacaq. Belə ki, Rusiyaya təzyiq göstərməklə və Ermənistan qarşısında Azərbaycan prezidentini dəstəkləməklə bu ölkənin neft ehtiyatlarından faydalana bilsin. 

Nikita İsayev əlavə edib: Aydındır ki, nə Azərbaycan Respublikası, nə də Ermənistan ABŞ tərəfindən dəstəklənməyəcək və bu ölkə regionda sadəcə öz mənafeyi ardıncadır. 

Ermənistan baş naziri Nikol Paşinyan son vaxtlar bölgənin böhranlı vəziyyətindən nigaranlıq edərək bildirib: Azərbaycan Respublikasının hücum xarakterli siyasəti müharibənin baş verməsi ehtimalını gücləndirib. 

Azərbaycan Respublikası müdafiə naziri Zakir Həsənov deyib: Tez bir zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq hüquq və normalara əsasən münasib həll yolu tapılmazsa, Ermənistan Azərbaycan Respublikası ordusunun silah qüdrətini hiss edəcək. 

Azərbaycan Respublikası və Ermənistan arasında 1988-ci ildən Dağlıq Qarabağın mülkiyyəti üzərində ixtilaf vardır. ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi indiyədək nəticə verməyib. 

Teqlər

Jul 31, 2018 09:01 Asia/Baku
Şərhlər