• İran Azərbaycanda 2018 Hərbi Dəniz Kubokunda
    İran Azərbaycanda 2018 Hərbi Dəniz Kubokunda

2018 Beynəlxalq Hərbi Dəniz Kuboku Xəzəryanı ölkələrin Dəniz Qoşunları qüvvələrinin iştirakı ilə Bakıda başlanıb.

Bu hərbi kubokda İran İslam Respublikası, Rusiya, Qazaxıstan və Azərbaycan Respublikasının Dəniz Qoşunlarından 300-ə yaxın hərbçi suüstü və hava məqsədlərinə atəş açmaq, minaları məhv eetmək, xəsarətlərə nəzarət etmək, dənizdə qalmaq, dənizdə xilasetmə əməliyyatı növlərində rəqabət aparacaq.

İranın hərbi dəniz kubokuna ezam etdiyi komandanın rəhbəri birinci dərəcəli kapitan Şəhram Həbibi İran İslam Respublikası Dəniz Qoşunlarının Cövşən və Peykan esminesləri ilə bu müsabiqədə iştirak etdiyini bildirib və deyib: Münasib və geniş məşqləri nəzərə alaraq İran komandası hər altı növdə güclü iştirak edir.

İranın yarışlara ezam etdiyi gəmi qrupunun komandanı birinci dərəcəli kapitan Arya Şəfqət deyib: Bu müsabiqənin keçirilməsi Xəzəryanı ölkələr arasında əlaqələrin möhkəmlənməsi və qüvvələrin dostluğunun artması ilə nəticələnəcək.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini Kərim Vəliyev 2018 Dəniz Kubokunun ikinci dəfə olaraq Azərbaycan Respublikasının sahil sularında keçirildiyini bildirərək deyib: Bu yarışlar iştirak edən hərbçilər arasında həmrəyliyin güclənməsi və eləcə də dyüş məharətlərinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Dəniz Qoşunları komandanının müavini birinci dərəcəli kapitan Sübhan Bəkirov da deyib: Dostluqların möhkəmləndirilməsi, təcrübələrin mübadiləsi, daha önəmlisi terrorizmlə mübarizənin aparılması və Xəzərin təhlükəsizliyinin qorunması bu kubokun keçirilməsinin əsas məqsədləridir.

2018 Beynəlxalq Hərbi Dəniz Kuboku Azərbaycan Respublikasında keçirilir. Bu ölkə ilə yanaşı 6 başqa ölkə, o cümlədən İran İslam Respublikası, Rusiya, Çin, Qazaxıstan və Belarus iştirak edir.

Aug 01, 2018 13:42 Asia/Baku
Şərhlər