• Şimal-Cənub dəhlizinin Azərbaycan hissəsi təkmilləşdirilib
    Şimal-Cənub dəhlizinin Azərbaycan hissəsi təkmilləşdirilib

Azərbaycan Dövlət Dəmir Yolları Şirkətinin rəisi Rusiyanın yol nazirinin müavini ilə görüşdə şimal-cənub dəhlizinin birinci mərhələsinin başa çatmasından xəbər verib.

İRİB-nin verdiyi məlumata görə, Cavid Qurbanov Alan Luşnikov ilə görüşdə deyib: Bu nəqliyyat marşrutu Azərbaycan, İran və Rusiya arasında ticarət əlaqələrinin daha da genişlənməsinə səbəb olmaqla  yanaşı, Xəzəryanı ölkələr ilə Qara dəniz limanları arasında da ticarət əlaqələrinin möhkəmlənməsinə kömək edəcək.

Alan Luşnikov da bu görüşdə şimal-cənub nəqliyyat marşrutunun Şimali Avropanı Asiyanın cənub-şərqinə birləşdirəcəyini deyərək, yüklərin bu beynəlxalq nəqliyyat marşrutu ilə  daşınmaya cəzb olunmasını istəyib.

Şimal-cənub byenəlxlaq nəqliyyat marşrutu ilə bağlı anlaşma 2000-ci ildə Sank Peterburqda İran, Azərbaycan, Rusiya və Hindistan arasında imzalanıb. Bu beynəlxalq nəqliyyat marşrutu Asiya və Avropa arasında ən mühüm ticarət halqasıdır.

Aug 09, 2018 14:13 Asia/Baku
Şərhlər