• Azərbaycan və Türkiyə arasında hərbi təlimlər davam edir
    Azərbaycan və Türkiyə arasında hərbi təlimlər davam edir

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu ölkənin hava qüvvələrinin Türkiyə ilə müştərək hərbi təlimlərinin davam etməsindən xəbər verib.

İRNA-nın verdiyi  məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib: Azərbaycanın hava qoşunlarının TÜrkiyə ilə birgə hərbi təlimləri sentyabrın 4-dən etibarən Türkiyənin Koniya şəhərində başlayıb və 10 gün müddətində davam edəcək. 

Bu məlumata görə, hərbi təlimlərdə məqsəd iki ölkə hərbçiləri arasında təcrübə mübadiləsidir. 

Azərbaycan Respublikası və Türkiyə hərbi əməkdaşlıqlar, müdafiə sənayesi və hərbi təchizatlar, eləcə də Azərbaycan hərbçilərinin təlimi sahələrində qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalayıblar. 

Teqlər

Sep 07, 2018 17:31 Asia/Baku
Şərhlər