• Azərbaycan prezidenti sionist rejimin müharibə naziri ilə görüşüb

Azərbaycan prezidenti Bakıda sionist rejimin müharibə naziri ilə görüşüb.

İranın Radio və Televiziya Təşkilatının Bakı Nümayəndəliyinin Azərtac-a istinadla verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev İsrailin müharibə naziri Aviqdor Libermanın başçılıq etdiyi İsrail heyəti ilə görüşdə Azərbaycan və İsrail arasındakı iqtisadi, hərbi, mədəni və trizm əməkdaşlıqlarından razılıq və ümidvarlıq edib ki,  Aviqdor Libermanın Azərbaycan Respublikasına səfəri əlaqələrin daha artıq inkişafına kömək etsin.

Bu görüşdə həmçinin, Azərbaycan Respublikasındakı yəhudi icmasına işarə edilib və bildirilib ki, yəhudi icması ölkənin digər icmaları ilə yanaşı tam təhlükəsiz şəraitə malikdirlər və Azərbaycanın ictimai həyatında rol oynayırlar.

Sep 13, 2018 20:30 Asia/Baku
Şərhlər