• Azərbaycan Respublikasında Fars dili və ədəbiyyatı üzrə fəaliyyətlər genişləndirilir
    Azərbaycan Respublikasında Fars dili və ədəbiyyatı üzrə fəaliyyətlər genişləndirilir

Azərbaycan Respublikasında fars dili üzrə mütəxəssislər və iranşunaslar fars dili və ədəbiyyatı sahəsində araşdırmaları genişləndirirlər. Hər il bu ölkədə bu mövzuda kitab və jurnal çap edilir.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, Azərbaycan Respublikasında fars dili və ədəbiyyatı sahəsinin araşdırmaçıları və tələbələrinin iştirakı ilə Fars və Azərbaycan dillərində çıxan fars dili və ədəbiyyatının məsələləri adlı elmi araşdırma jurnalının 4-cü cildinn təqdimatı olub. Həmin jurnal İİR-nın Bakıdakı mədəniyyət attaşesi və Bakı Dövlət Universitetinin birgə əməkdaşlığı ilə ərsəyə gətirilib. 

Azərbaycan və İran arasında ədəbiyyat araşdırmalrının genişləndirilməsi istiqamətində hər il müştərək ədəbi toplantılar keçirilir və məqalələr təqdim olunur. Təbriz Unversitetində keçirilən Şəms Təbrizi konfransı, Bakıda keçirilən Xürşiddən Pərvinədək toplantısı bu qəbildəndir. 

İki ölkə şairlərinin əsərlərinin Fars və Azərbaycan dillərinə tərcüməsi iki ölkə arasındakı mədəni razılaşmalar əsasında həyata keçir  və bu istiqamətdə İranın 30 müasir şairinin əsərlərindən ibarət bir kitab son vaxtlar Azərbaycan türkcəsinə tərcümə edilərək çap edilmişdir. 

Oct 06, 2018 19:52 Asia/Baku
Şərhlər