• Azərbaycan prezidenti amerikalı heyətlə görüşüb
    Azərbaycan prezidenti amerikalı heyətlə görüşüb

Azərbaycan Respublikası prezidenti Bakıda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisinin yeni müavini və onun başçılıq etdiyi heyətlə görüşüb.

İRİB-in verdiyi məlumata görə, Azərtac xəbər verib ki, görüşdə tərəflər müxtəlif sahələrdə uğurlu qarşılıqlı əməkdaşlıqlardan razı qaldıqlarını bildiriblər. 

Görüşdə təhlükəsizlik əməkdaşlıqlarına təkid edilib , Azərbvaycan Respublikasının Əfqanıstanda sülhü mühafizə missiyası çərçivəsindəki iştirakının əhəmiyyəti vurğulanıb.

Tərəflər bu görüşdə həmçinin qeyri-neft sektorunda o sıradan ticarət, informasiya texnologiyaları, investisiya və kənd təsərrüfatı sahələrində əməkdaşlıqlar xüsusunda fikir mübadiləsi aparıblar.

Oct 09, 2018 17:47 Asia/Baku
Şərhlər