• İran və Azərbaycan nazirləri kibernetik təhlükəsizliyi müzakirə ediblər
    İran və Azərbaycan nazirləri kibernetik təhlükəsizliyi müzakirə ediblər

İran və Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirləri iki ölkə arasında kibernetik təhlükəsizliyin təmini sahəsində əməkdaşlıq mövzusunu araşdırıblar.

İRNA-nın verdiyi məlumata görə, Məhəmməd Cavad Azəri Cəhromi və Ramin Quliyev dünən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Ümumdünya Rabitə Birliyinin(ITU) iclasının kənarında görüşərək kibernetik təhlükəsizliyin təmini sahəsində qarşılıqlı əməkdaşlıqları müzakirə ediblər. 

Görüşdə həmçinin İran ilə Azərbaycan arasında regionun Rusiya və Türkiyə kimi ölkələri ilə yanaşı rabitə və poçt əməkdaşlıqlarının genişləndirilməsi barədə də fikir mübadiləsi aparılıb. 

Regional layihələrdə iştirak, təcrübə mübadiləsi prossesini sürətləndirmək, sərhəd bölgələrində radiodalğaları tənzimləmək, kosmik sənaye sahəsində əməkdaşlıqların genişləndirilməsi, İranın Azərbaycanın süni peyk imkanlarından faydalanması və internet sahəsində əməkdaşlıqlar iki tərəfi maraqlandıran digər mövzular olub. 

Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları naziri Ramin Quliyev bu görüşdə cari il 4-7 dekabrda Bakıda keçiriləcək Bakutel-2018 beynəlxalq sərgiyə toxunaraq deyib: Bu sərgi İran və Azərbaycan Respublikasının informasiya texnologiyaları üzrə özəl şirkətlərinin iştirakına əlverişli şərait yaradacaq. 

İranlı nazir də İranın bu sərgidə iştirak edəcəyini bildirib. 

Teqlər

Nov 03, 2018 09:28 Asia/Baku
Şərhlər