• İran səfiri: Əcnəbilər Tehran-Bakı əlaqələrinə zərbə vura bilməzlər

İran İslam Respublikasının Azərbaycandakı səfiri "Yeni Musavat"a verdiyi müsahibədə İran və Azərbaycan arasında səmimi və dostluq əlaqələrinin olduğunu deyərək, əcnəbilərin bu əlaqələrə zərbə vura bilməyəcəyini söyləyib.

İranın Bakıdakı səfiri Cavad Cahangirzadə deyib: "İran İslam Respublikası qonşu ölkələri ilə normal münasibətlərin tərəfdarıdır və əcnəbilərin bu əlaqələrə müdaxilə etməməsini istəyir. ABŞ-ın sanksiyaları qarşısında qonşu ölkələr İranı dəstəkləyirlər. Amma, "dost" ölkələrdən gözlənti daha yüksəkdir."

İran səfiri ABŞ-ın nüvə anlaşmasından çıxmasının səbəbləri haqda isə deyib: "Bu məsələdə sionist lobbisinin rolu böyükdür. Çünki, İrana qarşı sanksiya tətbiq etmək Amerikalıların çıxarına deyil. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də İranın öhdəliklərinə sadiq qaldığını dəfələrlə təsdiq edib."

Səfir Azərbaycanın 500 milyon dollarlıq sərmayə qoyuluşu ilə icra edilməkdə olan Rəşt-Astara dəmir yolu layihəsi haqda da deyib: "Layihənin icrası sürətlə davam edir və icra əməliyyatında hansısa gecikmə yoxdur."

İran səfiri Tehranın Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə gəlincə deyib: "İran Qarabağ münaqişəsinin dinc yolla və beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsini istəyir və bu prosesə dəstək verməyə də hazırdır."

Teqlər

Nov 09, 2018 08:51 Asia/Baku
Şərhlər