• İranın rabitə naziri: İran
    İranın rabitə naziri: İran "start up"lar üçün regional mərkəzə ev sahibliyi etməyə hazırdır

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri rabitə və informasiya texnologiyaları üzrə Azərbaycan, İran, Türkiyə və Rusiya arasında dörd tərəfli müştərək bazarın yaradılmasını istəyib.

İRNA-nın məlumatına görə, Azərbaycan Respublikasında səfərdə olan İranın rabitə naziri Məhəmməd Cavad Azəri Cəhromi Azərbaycan, İran, Türkiyə və Rusiyanın rabitə nazirlərinin Bakıda keçirilən dörd tərəfli iclasında deyib: İran "start up" sahəsində fəaliyyət göstərən şirkətləri himayə məqsədilə regional mərkəzə ev sahibliyi etməyə hazırdır.

Azəri Cəhrominin dediyinə görə, "start up"lar yeni iqtisadi gəlir sahəsi olaraq böyük önəmə malikdir.

"Bakutel-2018" 24-cü Azərbaycan Telekommunikasiya, Rabitə və Yüksək Texnologiyalar sərgisi Bakıda işə başlayıb. Sərgi 7 dekabra kimi davam edəcək.

İran bu sərgidə 14 şirkət ilə iştirak edir.

Teqlər

Dec 04, 2018 17:42 Asia/Baku
Şərhlər