• İranın rabitə və informasiya texnologiyaları naziri Azərbaycan prezidenti ilə görüşüb
    İranın rabitə və informasiya texnologiyaları naziri Azərbaycan prezidenti ilə görüşüb

Bakıda səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi bu gün günortadan sonra Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə görüşüb.

İRİB-nin verdiyi məlumata görə, Azərbaycan Respublikası prezidenti İlham Əliyev bu görüşdə İranın rabitə və informasiya texnologiyaları nazirinin Bakıda keçirilən "Bakutel-2018" 24-cü Azərbaycan Telekommunikasiya, İnnovasiya və Yeni Texnologiyalar Sərgisində iştirak etməsindən razılıq edib.

Prezident İlham Əliyev deyib: Azərbaycan Respublikası və İran müxtəlif sahələr o cümlədən rabitə və informasiya texnologiyaları üzrə yaxşı əməkdaşlıqlara malikdirlər. Və biz daim iki ölkə rəsmilərinin nazirlər səviyyəsində intensiv əlaqələrinin şahidiyik.

Dec 04, 2018 21:33 Asia/Baku
Şərhlər