• İran və Azərbaycan birgə dostluq peyki düzəldəcəklər
    İran və Azərbaycan birgə dostluq peyki düzəldəcəklər

Bakıda səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri İran və Azərbaycan arasında dostluq peykinin düzəldilməsini Azərbaycan prezidenti ilə görüşdə müzakirə edilən əsas mövzulardan adlandırıb.

İRİB-nin verdiyi məlumata görə, Məhəmməd Cavad Azəri Cəhromi Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə görüşdükdən sonra deyib: Azərbaycan prezidenti ilə görüşdə müzakirə edilən əsas məsələlərdən biri iki ölkənin birgə dostluq peyki istehsal etməsi mövzusu olub. 

O, daha sonra deyib: İran və Azərbaycanın rabitə nazirlikləri və kosmonavtika təşkilatları arasında ümumi razılıq əldə olunub. 

 

Dec 04, 2018 22:52 Asia/Baku
Şərhlər