• Tehran və Bakı ölçmə süni peykin düzəldilməsi haqda razılığa gəliblər
    Tehran və Bakı ölçmə süni peykin düzəldilməsi haqda razılığa gəliblər

İranın rabitə və informasiya texnologiyası naziri Tehran və Bakının ölçmə süni peykin düzəldilməsi haqda razılığa gəlmələrindən xəbər verib.

İranın rabitə və informasiya texnologiyası naziri Mohəmməd Cavad Azəri Cəhromi bu gün Bakıya ikigünlük səfərinin sonunda IRNA ilə müsahibədə əlavə edib: İran və Azərbaycan Respublikası iki ölkənin elmi bacarığından istifadə ilə müştərək ölçmə süni peykinin düzəldilməsi üçün razılığa gəliblər.

Azəri Cəhromi həmçinin 2019-cu ilin yanvar ayının birinci yarısında Tehranda İran, Türkiyə, Azərbaycan Respublikası və Rusiyanın dördtərəfli iclasının keçiriləcəyinə toxunaraq, deyib: İranın rabitə və informasiya texnologiyası nazirliyi bu müştərək süni peykin düzəldilməsi üzrə icra proqramını Tehran iclasının kənarında təklif edəcək və yekun razılaşma əldə olunarsa, onun düzəldilməsinə başlanacaqdır.

Bazar ertəsi günü gecə bir nümayəndə heyəti ilə Bakıya daxil olmuş İranın rabitə və informasiya texnologiyası naziri 24-cü beynəlxalq rabitə, innovasiya və texnologiya sərgisi- BAKUTEL 2018-də və Xəzər Texnologiyası Konfransında iştirakdan, həmçinin bu konfransda çıxışdan əlavə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə də görüşübdür.

Teqlər

Dec 05, 2018 20:14 Asia/Baku
Şərhlər