Dec 07, 2018 13:26 Asia/Baku
  • İran ilə Azərbaycan Respublikası arasında fiber-optik şəbəkəsi yaradılacaq

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri bildirib ki, İran ilə Azərbaycan Respublikası arasında fiber-optik şəbəkəsi yaradılacaq.

Ramin  Quluzadə dünən "Bakutel-2018" 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisinin kənarında vurğulayıb ki, rabitə və yüksək texnologiyalar sahəsində İran-Azərbaycan Respublikası əlaqələri genişlənməkdədir.

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri kiber təhlükəsizliyi sahəsində Tehran ilə Bakı arasındakı əməkdaşlıq memorandumuna toxunaraq, deyib ki, iki tərəf həmçinin "start ap-ların" inkişaf etdirilməsi sahəsində müştərək layihələr icra və poçt və digər informasiya texnologiyaları sahələrində də əməkdaşlıq edəcəkdir.

"Bakutel-2018" 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi 14 iranlı şirkət daxil olmaqla 20 ölkədən 200 şirkətin iştirakı ilə dekabrın dördündə işə başlayıb və sabahadək davam edəcəkdir.

Teqlər

Şərhlər