Jan 02, 2019 21:29 Asia/Baku
  • Azərbaycan Respublikasında məcburi xidmətə çağırış
    Azərbaycan Respublikasında məcburi xidmətə çağırış

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı məcburi hərbi xidmətə çağırış edib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, bu çağırışa görə, 18-35 yaşları arasında olan 1984-2001-ci illərdə anadan olmuş gənclər məcburi hərbi xidmətə cəlb olunur və yanvarın 30-dək özlərini təqdim etməlidirlər. 

Azərbaycanda məcburi hərbi xidmət qanununa əsasən ali təhsilə malik olmayanlar üçün hərbi xidmət müddəti 18 ay, ali təhsillilər üçün isə 12 aydır. 

Ekspertlərə görə, gənclərin hərbi xidmətə cəlb olunmasındakı sərt rejim ölkənin Qarabağ münaqişəsinin həll olunmadığı üçün  müharibə vəziyyətində olması ilə əlaqədardır.   

Şərhlər