Jan 04, 2019 12:12 Asia/Baku
  • Amerikanın Azərbaycan R-da yeni səfiri təyin edilib

ABŞ senatı İrli Litsenbergeri bu ölkənin Bakıdakı səfiri seçib.

Amerika senatı çərşənbə günü özünün 115-ci iclasının son saatlarında İrli Litsenbergeri bu ölkənin Bakıdakı səfiri kimi təsdiq edib.

İrli Litsenberger yaxın vaxtlarda Bakıya daxil olacaq və Amerikanın Azərbaycan Respublikasındakı səfiri kimi öz fəaliyyətinə başlayacaq.

Amerikanın Azərbaycan Respublikasındakı sabiq səfiri Robert Sekotanın tapşırıq müddətinin başa çatmasından sonra bu vəzifə doqquz aya yaxın boş qalmışdı.

Litsenberger Amerikanın Azərbaycan Respublikasında səfiri təyin edilməzdən öncə ABŞ dövlət departamentinin siyasi və hərbi məsələlər şöbəsinin baş müşaviri kimi fəaliyyət göstərirdi.

Şərhlər