Jan 07, 2019 12:53 Asia/Baku
  • Sabir Rüstəmxanlı: Azərbaycanlıların rus dilində danışmaları xəyanətdir
    Sabir Rüstəmxanlı: Azərbaycanlıların rus dilində danışmaları xəyanətdir

Azərbaycan Respublikasında DAK qaragüruhunun sədri Sabir Rüstəmxanlı bu ölkə vətəndaşlarını rus dilində danışdıqlarına görə, cinayətkar, xain və iradəsiz adlandırıb.

Sabir Rüstəmxanlı "Yeni Müsavat" qəzetində bir yazı dərc etdirib. O, bu yazıda təəccüb və narazılıqla yanvarın üçündə İstanbul-Bakı reysində uçan "AZAL" şirkətinin təyyarəsində təqribən bütün sərnişinlərin rus dilində danışmalarının şahidi olduğunu bildirib.

O, yazıb: Bu sərnişinlər həmin şəxslərdirlər ki, İstanbul hava limanında azərbaycan dilində və hətta İstanbul ləhcəsində danışırdılar və Bakı təyyarəsinə minən kimi, rus dilində danışmağa başladılar.

Sabir Rüstəmxanlı vurğulayıb: Bu vəziyyətin əsas amili hökumət və hökumətin ölkədə rusdilli məktəblərin sayının artırılması və onunla iftixar etməsi siyasətidir.

Şərhlər