Jan 10, 2019 17:37 Asia/Baku
  • Azərbaycan hərbçiləri Əfqanıstanı tərk etdilər

Əfqanıstandakı Azərbaycan hərbçiləri bu ölkəni tərk ediblər.

İRNA-nın məlumatına görə, Azərbaycanın Müdafiə Nazirliyi bildirib: Şimali Atlantika Alyansı NATO qüvvələrinin tərkibində Əfqanıstana göndərilmiş 120 nəfərlik hərbi kontingent Azərbaycana qayıdıb. 

Bu 120 hərbçi 2002-ci ildən Əfqanıstanda idi. 

Azərbacyan Respublikası NATO ilə əməkdaşlıq edən ölkələrdəndir. 

ABŞ və müttəfiqləri 2001-ci ildə terrorizm ilə mübarizə aparmaq və Əfqanıstanda təhlükəsizliyi təmin etmək bəhanəsi ilə bu ölkəyə hücum etdilər. Amma, bu müddət ərzində Əfqanıstanda gərginlik azalmaq yerinə daha da artıb. 

Teqlər

Şərhlər